AZ

Türkiyə və Azərbaycan münasibətləri regional və qlobal səviyyədə güc mərkəzinə çevrilib Türk general

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Türkiyə-Azərbaycan münasibətləri bir neçə əsas istiqamətdə inkişaf etdirilmişdir. Siyasi sahədə tərəflər koordinasiyadan ortaq mövqeyə doğru irəliləyib”. Bu sözləri Demokrat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.O bildirib ki, Xarici siyasətin qurulması regional və qlobal səviyyədə qərarların, mexanizmlərin sistemli şəkildə işləməsinə imkan verir:“Təhlükəsizlik və müdafiə sahəsində isə tərəflər qarşılıqlı təminat prinsipinə əsaslanır. Bir-birinin ərazi bütövlüyünü qorumaq, təhlükənin yalnız bir ölkəyə yönəlmiş kimi qəbul olunması, NATO-nun 5-ci maddəsinə bənzər yanaşma tərəflərin strateji mövqeyini gücləndirir. İqtisadi inteqrasiya sahəsində Türkiyə və Azərbaycan ortaq layihələr və proqramlar vasitəsilə hədəflərini daha yüksək səviyyələrə qaldırır. Bu, Orta Dəhlizin TransAzərbaycan üzərindən strateji ticarət üstünlüyü qazanmasına və fondlar üçün hüquqi baza yaradılmasına xidmət edir”.Onun sözlərinə görə, Türk dünyası və qlobal fəaliyyətlər sahəsində isə iki ölkə arasındakı qardaşlıq Türk dünyasına yayılır:“Anadolu ilə Qafqazlar və Türkistan coğrafiyası arasında əlaqələr güclənir və strateji birgə fəaliyyət formalaşır. Gələcək perspektivdə isə tərəflər 2030–2040-ci illər üçün strateji planlama həyata keçirir. Enerji, təhlükəsizlik, müdafiə sənayesi, rəqəmsal transformasiya və krizis idarəçiliyi sahələrində birgə addımlar atılır. Həmçinin, qlobal platformalarda koordinasiya, ortaq diaspora və qərar mexanizmləri inkişaf etdirilir. Bu beş əsas sahə, öz alt başlıqları ilə birlikdə, Türkiyə-Azərbaycan əlaqələrini regional və qlobal miqyasda strateji güc mərkəzi səviyyəsinə yüksəldir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr