AZ

"Atletiko" Simeonenin müqaviləsinin müddətinin uzadılması variantını nəzərdən keçirir

İspaniyanın "Atletiko" klubu baş məşqçisi Dieqo Simeonenin müqaviləsinin müddətinin uzadılması variantını nəzərdən keçirir.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis Madrid təmsilçisinə daha uzun müddət rəhbərlik edə bilər.

Klub rəhbərliyi argentinalıya yeni sözləşmə təklif etmək niyyətindədir.

Tərəflər arasında danışıqların yaxın zamanda başlayacağı gözlənilir.

Qeyd edək ki, D.Simeone 2011-ci ildən "Atletiko"nun baş məşqçisidir. O, komanda ilə iki dəfə İspaniya La Liqasının, eyni sayda UEFA Avropa Liqasının və UEFA Superkubokunun qalibi olub.

Seçilən
48
far.az

1Mənbələr