Bakı. Trend:
Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Prezidenti İlhamƏliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda qeyd olunub:
"Zati-aliləri, hörmətli cənab Prezident.
İcazə verin, doğum gününüz münasibətilə gürcü xalqı adından vəöz adımdan Sizə ən səmimi təbriklərimi çatdırım.
Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası davamlısülhə, sabitliyə və mühüm nailiyyətlərə nail olub ki, bu dauzaqgörənliyinizin və Azərbaycan xalqının rifahı naminəgöstərdiyiniz fədakar xidmətinizin əyani sübutudur. İnanıram ki,Sizin rəhbərliyinizlə Azərbaycan həm ölkə daxilində, həm dəbeynəlxalq səviyyədə daha da güclənəcəkdir.
Əminəm ki, xalqlarımız arasında nümunəvi dostluq münasibətlərivə möhkəm strateji tərəfdaşlıq qarşıdakı illərdə də möhkəmlənəcəkvə genişlənəcəkdir. Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıqtəkcə ikitərəfli əlaqələrimizin inkişafı üçün deyil, həm də CənubiQafqazda daha dərin regional inteqrasiyanın, davamlı sülhün vəsabitliyin təşviqi üçün təməl daşı rolunu oynayır.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, tükənməz enerji və yüksəkməsuliyyətli dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycanxalqına isə davamlı sülh və rifah arzulayıram".