Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmə yekunlaşıb.
"Unikal"ın məlumatına görə Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunaraq təqsirləndirilən əcnəbilərin hər üçü ayrı-ayrılıqda 2il azadlıqdan məhrum edilib.Onlar cəzasını çəkdikdən sonra ölkənin ərazisindən məcburi çıxarılması qərara alınb.
Xatırladaq ki,ötən prosedə prokuror təqsirləndirilən ərəblərin hər birinin ayrı-ayrılıqda 4 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.
Seymur Əli