AZ

Düzgün tərbiyə və sağlam mühit narkotiklərə qarşı ən güclü silahdır

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qobustan, 24 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Qobustan Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qobustan Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Aytən Əhmədova narkotik maddələrin insanın beyin fəaliyyətinə və psixoloji durumuna birbaşa təsir göstərdiyini bildirib. Qeyd edib ki, xüsusilə gənclər narkotik təhlükəsi qarşısında daha həssas qrup hesab olunur. Maraqlanma, təzyiqə boyun əymə və yanlış dost çevrəsi onları bu yola sürükləyir. Buna görə də maarifləndirmə, düzgün tərbiyə və sağlam mühit narkotiklərə qarşı ən güclü silahdır. “Narkotiklərə yox deyək!” təkcə bir şüar deyil, sağlam həyata, parlaq gələcəyə və məsuliyyətli seçimə verilən sözdür. Sağlam həyat tərzi, idman, elm, sənət, və müsbət sosial fəaliyyətlər gəncləri bu təhlükədən qoruyan əsas amillərdir.

Daha sonra Qobustan Rayon Polis Şöbəsinin Narkotiklə mübarizə qrupunun əməliyyat müvəkkili, polis kapitanı Vüsal Məmmədov çıxış edərək cəmiyyətimizin ciddi problemlərindən biri olan narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi mövzusunda danışıb. qeyd edib ki, narkotik təkcə bir fərdin sağlamlığını məhv etmir, ailələri dağıdır, gənclərin gələcəyini əlindən alır, cinayətkarlığın artmasına səbəb olur. O, qanunvericiliyimizdə narkotik vasitələrin istehsalı, satışı, daşınması, saxlanması və istifadəsinə görə ciddi hüquqi məsuliyyət nəzərdə tutulduğunu, bu cür əməllərə yol verən şəxlər barəsində qanun çərçivəsində qəti tədbirlər görüldüyünü, bu istiqamətdə Qobustan rayonunda mütəmadi əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyini bildirib.

Tədbirin sonunda mövzuya dair slaydlar izlənilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
azertag.az

1Mənbələr