“Microsoft” “Windows”un kodunu süni intellektlə yenidən yazacaq.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, “Microsoft” şirkəti “Windows” əməliyyat sisteminin nüvəsini tamamilə “Rust” proqramlaşdırma dilində yenidən yazmaq qərarına gəlib. Bu nəhəng prosesdə köməkçi vasitə kimi süni intellektdən istifadə olunacaq.
Layihənin əsas məqsədi şirkətin məhsullarında istifadə olunan köhnəlmiş C və C++ dillərindən tamamilə qurtulmaqdır. İşlərin yekunlaşdırılması üçün son tarix 2030-cu il kimi müəyyən edilib.
Bu vaxta qədər işləri çatdırmaq üçün “Microsoft” süni intellektin gücünə arxalanacaq.
Şirkətin baş mühəndislərindən biri olduqca iddialı danışaraq bildirib ki, o, köhnə kodun hər bir sətrini məhv etmək niyyətindədir.
Xuraman Etibarlı
İnterpress.az