AZ

I Liqa: "Səbail" autsayderlə bacarmadı, "Mingəçevir" evdə büdrədi

Azərbaycan I Liqasında XII tur üç matçla start götürüb. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək ilin son turunun açılış oyunlarından 2-si paytaxtda, 1-i bölgədə baş tutub. 

Ramiz Məmmədovun baş məşqçisi olduğu "Mingəçevir" doğma azarkeşləri önündə "Şahdağ Qusar"la üz-üzə gəlib. Meydan sahibləri görüşdə xal itkisi ilə üzləşiblər. Tərəflər hərəyə 1 qol vurub 1 xalla kifayətləniblər.

"Səbail" ilin son oyununda evdə şok yaşayıb. "Dənizçilər" aşkar autsayder "Şimal"ı sınağa çəkib. Adil Şükürovun baş məşqçisi olduğu komanda ilk yarını üstün başa vursa da, fasilədən sonra 4 top buraxaraq sürpriz yenilgi alıb. 

Günün son oyunu Buzovnada baş tutub. Liderin ən yaxın izləyicisi "Baku Sportinq" "Zaqatala" ilə qarşılaşıb. Paytaxt təmsilçisi minimal hesabla qalib gələrək mövqeyini möhkəmləndirib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. 

Azərbaycan I Liqası 
XII tur
24 dekabr 

“Mingəçevir” – “Şahdağ Qusar” 1:1
Qollar:
K.Kalunqa, 14 - R.Voronsov, 25. 

“Səbail” – “Şimal” 3:4
Qollar:
 E.Qasımov, 43. K.Quliyev, 71-pen; 90+2 - X.Bədirov, 48. Ş.Sədiyev, 54. F.Nadirov, 60. A.Məmmədov, 65..

“Baku Sportinq” – “Zaqatala” 2:1
Qollar:
İ.Allahverdiyev, 19-pen; 60 - K.Mardok, 89. 

Seçilən
5
11
fanat.az

10Mənbələr