AZ

“Qəzzanı heç vaxt tək qoymayacağıq” - Ərdoğan

“İsrailin xarabalığa çevirdiyi yerlərdə əzablar davam edir”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət sədrləri toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, soyuq hava Qəzza xalqının yükünü daha da artırıb.

“Hər şeydən əvvəl Qəzzanın həmrəyliyə ehtiyacı var. Bu mübarək üç ay ərzində Fələstinə yardımımızı daha da artıracağıq. Türkiyə olaraq geri çəkilməyəcəyik. Qəzzanı heç vaxt tək qoymayacağıq”, - deyə siyasətçi vurğulayıb.

Ərdoğan qeyd edib ki, çətinlik çəkən hər kəsin köməyinə tərəddüd etmədən qaçmışıq. Dünən belə idi, bu gün belədir və sabah da dəyişməyəcək.

Siyasətçi əlavə edib ki, son iki ildə Türkiyənin Qəzzaya göndərdiyi humanitar yardımın miqdarı 105 min tona çatıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr