AZ

Tramp: "Mənimlə eyni fikirdə olmayan FED rəhbəri ola bilməz"

ABŞ Prezidenti Donald Tramp, ABŞ Federal Ehtiyat Sisteminin (FED) yeni rəhbərinin bazar yaxşı gedirsə, faiz dərəcələrini azaltmalı olduğunu bildirib və “Mənimlə eyni fikirdə olmayan heç kim FED rəhbəri ola bilməz” deyə vurğulayıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Federal Ehtiyat Sisteminə yeni sədrin təyin olunması ilə bağlı mövqeyini sosial media hesabında paylaşıb.

O, müasir maliyyə bazarlarının artıq yaxşı xəbərlərə ya neytral, ya da mənfi reaksiya verdiyini qeyd edərək, “Wall Street artıq əvvəlki kimi düşünmür” fikrini irəli sürüb.

“Yeni FED sədrimin bazar yaxşı gedəndə faizləri aşağı salmasını istəyirəm, heç bir səbəb olmadan bazarı məhv etməsini yox. Uzun illərdir görmədiyimiz bir bazar istəyirəm – yaxşı xəbərlə yüksələn, pis xəbərlə düşən, olması lazım olduğu və əvvəllər olduğu kimi”.

Seçilən
8
cebheinfo.az

1Mənbələr