Futbol dünyasının əfsanəvi ulduzu Lionel Messinin bacısı Maria Sol Messi ABŞ-ın Miami şəhərində ağır yol qəzası keçirərək yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində xəstəxanaya yerləşdirilən Sol Messinin onurğasında sınıqların olduğu, həmçinin bədəninin müxtəlif hissələrində yanıq və ciddi travmaların aşkar edildiyi bildirilib.
Məlumatlara görə, Lionel Messinin anası, qızının həyati təhlükəni geridə qoyduğunu, lakin sağalma prosesinin uzun müddət sürəcəyi bildirib. Aparılan müayinələrdə Sol Messinin iki onurğa sümüyündə sınıqların olduğu, həmçinin daban və ayaq biləyi bölgələrində zədə meydana gəldiyi, bədəninin bəzi hissələrində isə tibbi müdaxilə tələb edən yanıq izləri olduğu müəyyən edilib.
3 yanvarda evlənməyə hazırlaşan Maria Sol Messi keçirdiyi qəza və müalicə prosesi səbəbindən toyunu təxirə salmaq qərarı alıb. Sol Messinin uzun müddətdir ki, "Inter Miami U-19" komandasının texniki heyətində çalışan Julian Tuli Arellano ilə münasibətdə olduğu məlumdur.
