AZ

Bu şəxslər qripə qarşı vaksin olunmalıdır HƏKİM

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Mövsümi viruslar aller giyanı gücləndirir. 

Zəif  tez-tez xəstələnirlər, adətən bağça uşaqları və ibtidai sinif uşaqlarıdır. Dəfələrlə onlar xəstələnib sağaldıqdan sonra daha sonra görürük ki, müxtəlif allergik xəstəliklər onlarda baş verir".

 “Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib. O qeyd edib ki, bu infeksiyalar zamanı tənəffüs yollarının selikli qişası zədələnir:

“Havada olan tozcuq və digər hissəciklərin nəfəs alma zamanı həmin hüceyrələrə daxil olmasına şərait yaranır. Beləliklə, allergenlər orqanizmə daxil olaraq insanı həssaslaşdırır, immuniteti zəiflədir. 

Xəstəliklərdən sonra immun sistemin zəifləməsi allergik xəstəliklərin inkişafına gətirə bilər. Əgər  allergik xəstəlik varsa, qripdən sonra kəskinləşir. Kimdə allergik xəstəlik varsa, qripə qarşı vaksin olunmalıdır”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr