Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Muhammed Ali Ahmet El Haddad və onu müşaiyət edən yüksək rütbəli hərbi şəxslərin olduğu təyyarənin Ankarada qəzaya uğramasından danışıb.
“Yeni Sabah” “Hürriyyet”ə istinadən xəbər verir ki, AK Partiyanın Kongres Mərkəzində keçirilən Genişləndirilmiş Vilayət Sədrləri Toplantısında çıxış edən R.T.Ərdoğan qəzada həlak olanlardan “şəhid” ifadəsi ilə bəhs edərək onlara və ekipaja Allahdan rəhmət dilədiyini bildirib.
Telegram kanalımız