2025-ci il Avropada sülhün son ili ola bilər.
Publika.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Magyar Nemzet" qəzetinə deyib.
Orban qeyd edib ki, bu, Qərbi Avropanın 2000-ci illərin ortalarında başlayan siyasi, iqtisadi və sosial tənəzzülü ilə əlaqədardır. O qeyd edib ki, Ukraynadakı münaqişə sadəcə bu prosesin nəticəsidir.
Macarıstan hökuməti başçısının sözlərinə görə, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra Avropada daim nüvə müharibəsinə çevrilə biləcək yeni bir hərbi münaqişə qorxusu yaşanıb.