AZ

Ərdoğan İlham Əliyevə zəng etdi



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.

Newscenter.az xəbər verir ki. Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin sosial media hesabından verilən açıqlamaya görə, Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında Türkiyə və Azərbaycanın bütün sahələrdə, xüsusən də ticarətdə əməkdaşlıqda məqsədlərinə çatmaq üçün səylərini davam etdirdiklərini bildirib.

Prezident Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsindən məmnunluğunu ifadə edib və prosesi dəstəklədiklərini bildirib.

Telefon danışığı zamanı Ərdoğan həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü və yeni il münasibətilə təbrik edib.

Süleyman
Seçilən
8
24
newscenter.az

10Mənbələr