ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
Macarıstanın Baş naziri Viktor Orban 2026-cı ildə Avropada müharibənin başlaya biləcəyini proqnozlaşdırır.
Axar.az xəbər verir ki, o, bu fikirlərini "Magyar Nemzet" qəzetinə verdiyi müsahibədə bölüşüb.
“İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Avropa 80 il sülh içində yaşayıb. Lakin indi elə bir vəziyyət yaranıb ki, AB liderləri öz hərəkətləri ilə bütün qitəni müharibəyə doğru itələyirlər.
Hazırda Avropada iki düşərgə var: müharibə partiyası və sülh partiyası. İkincilər birincilərin aqressiyasını cilovlamağa çalışır, lakin indiyə qədər onlar yalnız müharibəyə yanaşmağın tempini yavaşlatmağa nail olublar”, - Orban bildirib.
2025-ci ilin Avropada sülhün son ili olub-olmadığı soruşulduqda, Orban bunun istisna edilə bilməyəcəyini söyləyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.