
“Həmin hədəfə çatmaq üçün üzərimizə düşən məsuliyyətin fərqindəyik”.
Bu sözləri Yenicag.az–a videomüsahibəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat deyib.
O, Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumu barədə təəssüratlarını bölüşərkən bildirib ki, tədbirin yüksək səviyyəli iştirakla baş tutması böyük məmnunluq doğurur:
“Dövlət qurumlarının yüksək səviyyəli nümayəndələrinin, xüsusilə Türkiyə Prezidentinin köməkçisinin, Ticarət naziri hörmətli Ömər Bolatın, nazir müavinlərinin, Türkiyədən təxminən 200-ə yaxın şirkətin, çoxsaylı media nümayəndələrinin, eyni zamanda Azərbaycanda investisiya qoymuş iş adamlarının və biznes dairələrinin geniş iştirakı bizi son dərəcə sevindirdi.
Məqsədimiz, hörmətli Prezidentlərimizin də vurğuladığı kimi, Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaqdır. Biz biznes ictimaiyyəti, iş adamları və TÜİB olaraq həmin hədəfə çatmaq üçün üzərimizə düşən məsuliyyətin fərqindəyik. Forumun da məhz bu məqsədə xidmət etməsini xüsusi əhəmiyyətli hesab edirik”.
Ətraflı videomaterialda: