AZ

Tanınmış aparıcı bu futbolçuya görə ''Fənər'' rəhbərliyinə etiraz etdi

Türkiyənin məşhur aparıcılarından olan Muğe Anlı ''Fənərbaxça''da uzun müddətdi, əsas komandadan kənarlaşdırılan İrfan Can Kahveci haqda diqqətçəkən acıqlamalar verib.

''Fənərbaxça'' fanatı kimi tanınan və tez-tez bu klubun oyunlarını stadiondan təqib edən Anlı aparıcısı olduğu verilişdə bunları deyib:
''Fənər'' rəhbərliyindən soruşmaq istəyirəm ki, İrfan Can Kahveci nə üçün əsas heyətə qaytarılmır? Biz onu görmək istəyirik. Onun heyətdə olmamasının səbəbini anlamıram. Bu kluba nə edib ki, bu cür aqibətlə üzləşib? Men stadionda tez-tez onun adını bağırıram. Ötən mövsüm mənim çox bəyəndiyim digər futbolçu Batşuayini də ''Qalatasaray''a satdız. Ötən il Batşuayi son dəqiqələrdə vurduğu qollarla ''Qalatasaray''a az xallar qazandırmadı. Çempionluqda onun da rolu oldu''.
Xatırladaq ki, ''Fənər'' rəhbərliyinin qərarı ilə həm İrfan Can, həm də Cenk Tosun intizamsızlıq üzündən aylar öncə əsas komandadan kənarlaşdırılıb. Onların hər ikisi ilə qışda yolların ayrılacağı gözlənilir.
Seçilən
8
1
football-plus.az

2Mənbələr