ABŞ prezidenti Donald Tramp qeyri-adi üslubda canlı yayıma çıxıb.
İnterpress.az xəbər verir ki, canlı yayım Ağ Evin “YouTube” kanalında davam edir.
Məlumata görə, Ağ Ev Donald Trampın iştirakı ilə sakitləşdirici musiqi və atmosfer fonunda yayım başladıb. Kadrlarda ABŞ Prezidentinin yanan kamin qarşısında əyləşdiyi görünür.
Yayımda diqqət çəkən əsas məqam isə onun əlində tutduğu sənəddir. Bildirilir ki, Trampın əlindəki kağız qeyri-qanuni miqrantların siyahısıdır.
Xuraman Etibarlı
İnterpress.az