AZ

Reuters: Zelenski Trampla görüşməyə cəhd edir...

Ukrayna lideri gələcək sülh sazişinin ən həssas məsələlərinin yalnız liderlər səviyyəsində müzakirə olunmalı olduğunu bildirir...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh razılaşmasının ən həssas məqamlarını müzakirə etmək üçün ABŞ Prezidenti Donald Tramp ilə birbaşa görüş keçirməyə çağırıb.

Zelenski bildirib ki, gələcək sülh sazişində əsas mübahisə doğuran məsələlər, xüsusilə də əraziyə nəzarətlə bağlı suallar yalnız dövlət başçıları səviyyəsində müzakirə oluna bilər. Onun sözlərinə görə, bu cür mövzular daha geniş diplomatik formatlarda deyil, birbaşa liderlər arasında açıq və konkret şəkildə müzakirə edilməlidir.

“Biz ABŞ ilə liderlər səviyyəsində görüşə hazırıq və incə məsələləri müzakirə etmək istəyirik. Ərazi mübahisələri kimi suallar məhz liderlər səviyyəsində müzakirə olunmalıdır”, deyə Ukrayna Prezidenti vurğulayıb.

Reuters qeyd edir ki, Zelenskinin bu çağırışı Ukrayna münaqişəsinin gələcək mərhələsi və mümkün danışıqlar prosesi ilə bağlı beynəlxalq diplomatik fəallığın artdığı bir vaxta təsadüf edir. Kiyev hesab edir ki, ABŞ-nin birbaşa siyasi iştirakı və Tramp ilə mümkün təmaslar sülh razılaşmasının əsas konturlarının formalaşmasına təsir göstərə bilər.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr