AZ

Azərbaycan Kubokunun püşkü atıldı

Basketbol üzrə Azərbaycan Kubokunda yeni mövsümün püşkatma mərasimi baş tutub.

Fanat.Az xəbər verir ki, tədbir Bakı İdman Sarayında təşkil olunub.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra turnirdə iştirak edəcək komandalarla bağlı videoçarx nümayiş etdirilib. Ardınca püşkatma mərasimi keçirilib və qarşılaşmalar müəyyənləşib.

Püşkün nəticələrinə əsasən, “Abşeron”, “Sabah”, “Ordu” və “Gəncə” komandaları yarışa birbaşa 1/4 final mərhələsindən qoşulacaqlar.

1/8 final mərhələsində “Şəki” - “Sərhədçi”, “Neftçi” - “Lənkəran”, NTD - “Sumqayıt” və “Naxçıvan” - “Quba” cütlükləri üz-üzə gələcəklər.

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunlarının yanvarın 13–14-də, 1/4 final qarşılaşmalarının isə fevralın 18–22-də keçirilməsi planlaşdırılır.

Seçilən
13
5
fanat.az

6Mənbələr