AZ

Siyəzəndə 3 yaşlı uşağın faciəvi ölümünün TƏFƏRRÜATI – ÖZƏL

Siyəzəndə 3 yaşlı Seyfəl Bağırlının hansı şəraitdə yanmasının təfərrüatları məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Siyəzəndə QANDONDURAN FACİƏ – 3 yaşlı uşaq yanaraq dünyasını dəyişdi – ÖZƏL - VİDEO


Bizim.Media-nın əldə etdiyi məlumata görə, uşağın atası Hüseynağa Bağırov maşınını təmir edirmiş. Seyfəl də həmin vaxt maşına girib oturub.

Atası 2 dəqiqə evə gedib vint açan gətirib geri qayıdanda maşınını tüstülənmiş görüb.

Pəncərəni sındırıb uşağı çıxarmaq istəyib, şüşəni sındıra bilməyib. Bu zaman ata qapını açıb və içəri oksigen daxil olduğundan maşın qəfil tam alışıb.


Yanğından qorxan uşaq qabaq oturacaqdan arxaya keçərək qısılıb qalıbmış.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
52
bizim.media

1Mənbələr