AZ

Tramp ona da Ağ Evin qızıl açarını verdi

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyalı həmkarı Li Ce Myonqa Ağ Evin qızıl açarını təqdim edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Kanq Hun Cik sosial şəbəkədə məlumat verib.

Kanq Hun Cik bildirib ki, Tramp bu yaxınlarda etimadnaməsinin təqdim edilməsi mərasimində Vaşinqtondakı yeni Cənubi Koreya səfiri ilə danışıb.

Oktyabrın sonlarında Gyeongju sammiti zamanı Li Ce Myonq Trampa qədim Koreya krallığının Silla tacının qızıl örtüklü surətini təqdim edib və həmçinin ona ölkənin ən yüksək dövlət mükafatı olan Muqunqva ordenini təqdim edib.

 

Seçilən
41
ucnoqta.az

1Mənbələr