AZ

Tramp Cənubi Koreya prezidentinə Ağ Evin qızıl açarını hədiyyə edib

ABŞ prezidenti Donald Tramp cənubi koreyalı həmkarı Li Çje Mönə Ağ Evin qızıl açarını hədiyyə edib. Bu barədə Koreya Respublikasının prezident administrasiyasının katibliyi  məlumat verib.

Bildirilir ki, Tramp etimadnamələrin təqdim olunması mərasimində Koreya Respublikasının Vaşinqtondakı yeni səfiri ilə söhbət edib. “Amerika lideri oktyabr ayında Koreya Respublikasına səfəri zamanı dəyərli bir hədiyyə aldığını və cavab olaraq hədiyyə təqdim etmək istədiyini deyib. Hazırlanan beş qızıl Ağ Ev açarından sonuncusu bizim prezidentə nəsib olub”, – mesajda deyilir.

Oktyabrın sonunda Kyoncju şəhərində keçirilən sammit zamanı Li Çje Mön Trampa qədim Koreya dövləti Sillanın tacının qızıl suyuna çəkilmiş surətini hədiyyə edib, həmçinin ölkənin ali dövlət mükafatı — “Muqunxva” ordenini təqdim edib.

Ağ Evin qızıl açarının dizaynının müəllifi şəxsən Donald Tramp olub. Li Çje Möndən başqa bu hədiyyəyə İsrailin Baş naziri Benyamin Netanyahu, Yaponiyanın keçmiş Baş naziri Taro Aso, amerikalı milyarder İlon Mask və futbolçu Kriştianu Ronaldu da layiq görülüb.

Seçilən
6
banker.az

1Mənbələr