AZ

The Economist: Baltik dənizi NATO ilə Rusiya arasında qarşıdurma məkanına çevrilir...

Region ölkələri boru kəmərləri və rabitə xətlərinin təhlükəsizliyi üçün sualtı qayıqlara üstünlük verir, lakin bu silahların istehsalı uzun illər tələb edir...

Poliqon xəbər verir ki, The Economist nəşrinin təhlilinə görə, Baltik dənizi getdikcə NATO ilə Rusiya arasında strateji rəqabət və mümkün qarşıdurma zonasına çevrilir. Polşa, İsveç və digər Baltik hövzəsi ölkələri sualtı boru kəmərlərinin və dənizaltı rabitə kabellərinin qorunması məqsədilə yeni sualtı qayıqlar almağa başlayıblar. Lakin ekspertlər qeyd edir ki, müasir submarinlərin istehsalı və istismara verilməsi çox uzun vaxt aparır.

Məqalədə bildirilir ki, İsveç donanması Saab şirkətindən sifariş etdiyi iki A26 tipli sualtı qayığın birincisini hələ 2022-ci ildə qəbul etməyi planlaşdırsa da, bu tarix 2031-ci ilə təxirə salınıb. Polşanın vəziyyəti isə daha mürəkkəbdir: ölkənin donanmasının hazırda yalnız sovet dövründən qalan və xeyli köhnəlmiş bir sualtı qayığı var. Polşa sifariş etdiyi üç A26 tipli submarini yalnız 2030-cu illərdə əldə edə biləcək.

Bəzi ölkələr daha sərt və radikal addımların atılmasını təklif edir. Danimarka ərazisində pilotsuz uçuş aparatlarının aşkarlanmasından sonra Ukrayna prezidenti Volodimir Zelenski Baltik dənizinin Rusiyanın “kölgə donanmasına” məxsus tanker gəmiləri üçün bağlanmasını irəli sürüb. Estoniyanın müdafiə naziri Hanno Pevkur da bir neçə ay əvvəl oxşar təşəbbüslə çıxış etmişdi.

Lakin The Economist vurğulayır ki, belə bir blokada demək olar ki, beynəlxalq hüququ pozmuş olardı. BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən, sanksiyalara məruz qalan gəmilər belə, beynəlxalq boğazlardan keçid hüququna malikdirlər — şərt odur ki, onlar güc tətbiqi ilə hədələməsin və təhlükəsizlik qaydalarını pozmasın.

Qeyd olunur ki, xam neftin dəniz yolu ilə ixracının təxminən 60 faizini Baltik dənizi vasitəsilə həyata keçirən Rusiya, Danimarka boğazlarının “kölgə donanması” tankerələri üçün bağlanmasını müharibə aktı kimi qiymətləndirə bilər. Polşanın Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Yaçek Sevyera hesab edir ki, daha rasional yanaşma texniki standartlara cavab verməyən gəmilərin limanlara və keçidlərə buraxılmamasıdır. Bu yanaşma hazırda Avropa ölkələri arasında getdikcə daha çox dəstək qazanır.

Poliqon.info

Seçilən
39
2
poliqon.info

3Mənbələr