AZ

Reşford: “Barcelona kuboklar qazanmaq üçün yaradılmış ən böyük klubdur”

“Barselona”da icarə əsasında çıxış edən Markus Reşford klubla bağlı fikirlərini bölüşüb. Vətəninfo.az xəbər verir ki, Sport nəşrinə danışan 28 yaşlı futbolçu Kataloniya təmsilçisində qalmaq istədiyini açıq şəkildə ifadə edib.

“Barcelona kuboklar qazanmaq üçün yaradılmış ən böyük klubdur. Tək istədiyim şey burada qalmaqdır. Barça’da məni çox yaxşı qarşıladılar. Həm kluba, həm də şəhərə əla uyğunlaşmışam”, – deyə Reşford bildirib.

Qeyd edək ki, Markus Reşfordun transfer hüquqları “Manchester United” klubuna məxsusdur. İngiltərəli hücumçu hazırda icarə əsasında “Barselona”nın formasını geyinir.

Seçilən
18
veteninfo.az

1Mənbələr