AZ

Virusun ən çox yayıldığı dövr XƏBƏRDARLIQ

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Orta hesabla respirator virusların yoluxduruculuq dövrü 3-7 gün ərzində başa çatır. Ən çox yoluxdurucu dövrü  ilk 2-3 gün olur”.

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.

O qeyd edib ki, bu göstəricilər ümumi xarakter daşıyır, infeksiyanın növündən asılı olaraq dəyişə bilər:

"Həmçinin, insanın immun sistemi də mühüm rol oynayır. İmmuniteti zəif olan həssas şəxslərdə yoluxduruculuq müddəti fərqli ola bilər. Xəstə şəxs mümkün qədər erkən mərhələdə aşkar edilməlidir.

Əlamətlərə əsasən xəstəliyi müəyyənləşdirmək çətin deyil, bu səbəbdən vaxtında izolyasiya tədbirləri görülməlidir. Xəstə şəxs olan otaqda qapı və pəncərələr açıq saxlanılmalı, xəstələnmiş şəxs maska taxmalıdır. Bu, virusun havaya yayılmasının qarşısını alır”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr