BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazı, Bakı şəhərində keçirilən Türkiyə–Azərbaycan Qarışıq İqtisadi Komissiyasının (KEK) 12-ci dövr iclasında çıxış edərək, iki ölkə arasındakı strateji əməkdaşlıq və iqtisadi əlaqələr barədə danışıb.
TurkicWorld xəbər verir ki, Yılmaz bildirib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər “İki Dövlət, Bir Millət” prinsipi əsasında qurulub və bu status Şuşa Bəyannaməsi ilə təsdiqlənib. O, iki ölkə arasındakı ticarət dövriyyəsinin ötən il 8 milyard dollara çatdığını, qarşılıqlı yatırımların ümumi həcminin 40 milyard dollara yaxınlaşdığını vurğulayıb. Həmçinin türk podratçıların Azərbaycandakı layihələrinin həcminin 20 milyard dolları aştığını qeyd edib.
Yılmaz 110 maddədən ibarət yeni fəaliyyət planının sərbəst ticarət imkanlarından enerji, kənd təsərrüfatı və səhiyyəyə qədər geniş sahəni əhatə etdiyini bildirib. Keçən il imzalanan 120 maddəlik fəaliyyət planının isə 78 faizinin tamamlandığını qeyd edərək, “Bu göstərici əməkdaşlığımızın nə qədər konkret və güclü olduğunu göstərir” deyib.
Türkiyənin Vitse-prezidenti həmçinin Zəngəzur dəhlizi layihəsinin strateji əhəmiyyətini vurğulayıb. O, layihənin yalnız nəqliyyat xətti olmadığını, eyni zamanda Türk dünyası ilə birbaşa əlaqə yaratmaq baxımından vacib olduğunu söyləyib.
Yılmaz çıxışında Zəngəzur Dəhlizi, İnkişaf Yolu və Hicaz Dəmir Yolu layihələrinin Türkiyənin uzunmüddətli iqtisadi və geosiyasi vizyonunda kritik rol oynadığını da qeyd edib.