AZ

Rusiya Xarkova hücum edib, ölən və yaralananlar var

Rusiya ordusunun Xarkov ətrafına endirdiyi raket zərbələri nəticəsində 1 nəfər həlak olub, daha 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Busaat.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqram kanalında bildirib.

“Xəsarət alanlar xəstəxanaya yerləşdirilib”, – o bildirib.

Şəhərin meri İqor Terexov isə deyib ki, Rusiya Silahlı Qüvvələri Xarkov ətrafındakı İstilik Elektrik Stansiyasına silsilə zərbələr endirib.

“Bu, şəhərdə elektrik gərginliyinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olub ki, bu da istilik təchizatına və şəhər nəqliyyatının işinə təsirsiz ötüşməyib”, – o qeyd edib.

Seçilən
11
1
busaat.az

2Mənbələr