AZ

Polis silsilə cinayət törətmiş şəxsi saxladı: O, 12 ildir azyaşlı qızları...

Çelyabinsk vilayətində yetkinlik yaşına çatmayan qızlara qarşı silsilə cinayətlərdə şübhəli bilinən 42 yaşlı Maqnitoqorsk sakini həbs edilib.

Publika.az Rusiya mətbuatına istinad xəbər verir ki, kişi 2012-ci ildən bəri qurbanlarını təhsil müəssisələrinin yaxınlığında izləyirmiş.

On iki il ərzində hüquq-mühafizə orqanları bir sıra əməliyyatlar həyata keçirib. 2023-cü ilin oktyabr ayında alınan bir məlumat istintaqa yeni təkan verib: şübhəlinin 13 yaşlı qızla yazışdığı və ona psixoloji təzyiq göstərdiyi məlum olub. Polis əməkdaşları onun telefon nömrəsini və şəxsiyyətini müəyyən edib.

Yerli sakinlərin sayıqlığı da mühüm rol oynayıb. Onlar məktəblərdən birinin yaxınlığında tez-tez park edən avtomobildə şübhəli bir kişi barədə polisə məlumat veriblər.

7-13 yaş arası 12 qadın qurbanın hamısı istintaq zamanı saxlanılan şəxsi tanıyıb. Onun şəxsiyyəti istintaq illərində toplanmış fotoşəkillər və digər materiallar əsasında müəyyən edilib.

Seçilən
32
publika.az

1Mənbələr