AZ

Milli-mənəvi dəyərlərin qorunub saxlanması dövlətin diqqət mərkəzindədir- ÖZƏL

"Azərbaycan dinamik inkişafa malik modern ölkə olmaqla yanaşı, öz tarixi ənənələrini, milli dəyərlərini də yaşadır. Milli dəyərlərin ən mühüm daşıyıcısı milli mədəniyyətdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Mədəniyyətin nəsildən-nəslə ötürülməsi milli dəyərlərin də qorunması, yaşadılması deməkdir. Milli dəyərlərin təbliği təhsildə, milli ideologiyada, qanunvericilikdə, cəmiyyətdaxili münasibətlərdə və demək olar ki, bütün aspektlərdə geniş əksini tapıb və yeni nəslə uğurla ötürülən dəyərlər mədəniyyətimizin varisliliyini təmin edib. Başqa sözlə, milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması dövlətimizin diqqət mərkəzindədir. Prezident İlham Əliyev Azərbaycan xalqının hər zaman milli-mənəvi dəyərlərə sadiq olduğunu qeyd edib. Milli irsimizin mühafizəsi məsələsi Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində öz əksini tapıb: "Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr