AZ

Ən təhlükəli respirator virus hansıdır?

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bütün respirator viruslar arasında ən təhlükəlisi qrip virusudur və onunla zarafat etmək olmaz.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirib.

O qeyd edib ki, qrip bir sıra ciddi fəsadlara səbəb ola bilər: ağciyər və bakterial pnevmoniya, orta qulaq iltihabı, həmçinin mərkəzi və periferik sinir sisteminin zədələnmələri. Virus bəzən böyrəklərə də təsir göstərə bilər və bu, bütün orqanizmin fəaliyyətinə mənfi təsir yarada bilər.

Ekspert əlavə edib ki, hətta sağlam insan da virusdan zərər görə bilər. Metabolik xəstəlikləri olan şəxslər, tənəffüs sistemi problemləri yaşayanlar, artıq çəkisi olanlar, onkoloji xəstələr və İİV daşıyıcıları qrip infeksiyasını daha ağır keçirə bilərlər.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
bakivaxti.az

1Mənbələr