AZ

London klubları türkiyəli futbolçunu heyətə qatmaqda maraqlıdır

İngiltərənin "Çelsi" və "Tottenhem" klubları İtaliya təmsilçisi "Yuventus"da çıxış edən futbolçu Kenan Yıldızı heyətə qatmaq istəyir.

"Far.Az" "TEAMtalk"a istinadən xəbər verir ki, London təmsilçiləri 20 yaşlı hücumçu ilə ciddi şəkildə maraqlanırlar.

Hazırda oyunçunun Turin klubu ilə müqavilə müddətinin uzadılması ilə bağlı danışıqları müsbət nəticələnmir. Türkiyəli futbolçu maaşının əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.

Qeyd edək ki, Kenan Yıldızın "Yuventus"la 2028-ci ilin yayınadək nəzərdə tutulan müqaviləsi var. O, cari mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
22
far.az

1Mənbələr