Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Sadettin Saranın narkotik testinin nəticəsi müsbət çıxıb.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, yoxlamalar nəticəsində Saranın qanı, sidiyi və dırnaq nümunələri mənfi nəticələnib.
Məsələ ilə bağlı yazılı açıqlama yayan Sadettin Saran müsbət nəticə verən maddəni həyatında heç vaxt istifadə etmədiyini bildirib və iddiaları qəti şəkildə rədd edib.
“Bu səhər ictimaiyyətdə yayılan xəbərlərlə bağlı ictimaiyyəti məlumatlandırmaq zərurəti yaranıb. İlk növbədə, Məhkəmə Tibb İnstitutunun test nəticələrində müsbət nəticə verdiyi iddia edilən maddəni heç vaxt istifadə etmədiyimi açıq və birmənalı şəkildə bildirmək istəyirəm. Mən nəinki istifadə etməmişəm, hətta maddəni yaxından görməmişəm.
Bu iddialar şəxsən məni hədəf alan, nüfuzuma və şəxsi hüquqlarıma xələl gətirməyi hədəfləyən və təmsil etdiyim qurumları sarsıtmağı hədəfləyən açıq bir böhtan kampaniyasıdır. Bu prosesdə, bütün nümunələri dərhal və heç bir tərəddüd etmədən yenidən təqdim etməyə hazır olduğumu açıq şəkildə bildirmək istərdim”, - deyə o yazıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik araşdırmasının bir hissəsi olaraq, Məhkəmə Tibb İnstitutu tərəfindən qan və saç nümunələri götürülən şübhəlilərlə bağlı hesabat hazırlanıb. Məlumata görə, “Fənərbaxça” İdman Klubunun prezidenti Sadettin Saranın saç nümunələrində narkotik maddə aşkarlanıb.
Billurə
