AZ

UEFA qondarma rejimin bayrağına görə Atletik i belə cəzalandırdı

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Bilbao "Atletik"i "Qarabağ"a qarşı keçirdiyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda yerli azarkeşlərin davranışına görə cəzalandırılıb.

Fanat.Az xəbər verir ki, UEFA La Liqa komandasını 10 min avro məbləğində cərimələyib.

Buna meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada azarkeşlərin UEFA İntizam Qaydalarının 16 (2) maddəsinə əməl etməməsi səbəb olub.

"Atletik" "İdman tədbirinə uyğun olmayan mesajın ötürülməsi" (xüsusilə siyasi, ideoloji, dini və ya təhqiredici məzmunlu jest, söz, obyekt və ya hansısa başqa vasitələrlə ötürülməsi) üzündən ziyana düşüb. 

Xatırladaq ki, sözügedən matç zamanı fanatlar vaxtilə erməni separatçılarının Qarabağda yaratdıqları qondarma rejimin bayrağını qaldırmışdı. "Qarabağ" rəsmiləri isə həm oyundan əvvəl, həm də oyun zamanı şəhərdə baş verən təxribatlarla bağlı meydan sahiblərinə məlumat vermişdi.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
2
fanat.az

3Mənbələr