AZ

Doğma yurda qayıdan keçmiş məcburi köçkünlərdən Prezidentə təbrik - VİDEO

Uzun illər davam edən ayrılıq və məhrumiyyətlərdən sonra doğma yurda qayıdan keçmiş məcburi köçkünlər Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.

"Yeni Sabah" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxda Böyük Qayıdış proqramının iştirakçıları — şəhid ailələrinin üzvləri, müharibə veteranları, ziyalılar və digər ictimai təbəqələrin nümayəndələri dövlət başçısına xoş arzularını çatdırıblar.

Videoçarxda çıxış edənlər qayıdış prosesinin yaratdığı sevinc və qürur hisslərini bölüşərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər.


Telegram kanalımız
Seçilən
34
yenisabah.az

1Mənbələr