AZ

Qripə qarşı peyvənd olunun - Səhiyyə Nazirliyinin ekspertindən çağırış

Bakı. Trend:

Havaların kəskin soyuduğu qış ayları epidemioloji cəhətdənəsasən hava-damcı üsulu ilə ötürülən qrip və digər kəskinrespirator virus imfeksiyalarının yayılması üçün əlverişli şəraithesab olunur.

Trend xəbərverir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabındakeçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti,infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin əhaliyə müraciətindəfəsli qrip infeksiyasına yoluxma hallarında müəyyən artımlarınolduğu bildirilir:

“Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qışmövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevralaylarına təsadüf edir. İnfeksiyanın yayılmasının artması bir neçəsəbəbdən irəli gəlir. Belə ki, soyuq temperaturlu havada insanlardaha çox qapalı məkanlarda toplanır, otaqların daxilində olanistinin xaricə ötürülməsini azaltmaq üçün pəncərələr çox azhallarda açılır. Və beləliklə, havalandırma vasitəsilə virusunkənarlaşdırılması qənaətbəxş olmur. Digər tərəfdən bağlı məkanlardainsanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu dayoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeydetmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanıdaxildə rütubət azalır və quru havada viruslar daha uzun müddətasılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaqməsafələrdə belə yoluxma reallaşa bilir”.

Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıda qış tətili,bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqlarınistirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdəqrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb olabilər:

“Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdənmümkün qədər yayınmaq tövsiyə olunur. Bu mümkün olmadığı təqdirdə,xəstəlik əlamətləri olan insanlarla təmas zamanı həm özümüz, həm dəxəstə şəxs maskadan istifadə etməlidir. Virusların quru səthlərdəbir müddət yaşaya bilməsi və asqıraq-öskürək, əllə toxunmanəticəsində əşyaların çirklənməsi virusun ötürülməsində müəyyən roloynadığından əllərimizi ağzımıza və gözlərimizə vurmamağaçalışmalı, qida qəbulundan əvvəl ən azı 20 saniyə müddətindəəllərimizi sabunla yumaq lazımdır. Xəstə şəxsləri mümkün qədərkollektivə buraxmamalı və imkan olduqda qapalı yerdə izolə etməklazımdır.

Bundan başqa, qidalanmamıza diqqət etməliyik. Çünki qış fəslindətəbii olaraq zəifləmiş immunitetin bərpası və güclənməsi üçün qidamaddələrinin tərkibində vitamin-minerallar yetərli qədər olmalıdır.Havaların dəyişkən keçməsi səbəbindən düzgün geyim seçimiçətinləşir və bu zaman soyuqdəymə arzu olunan deyil, immunitetizəiflədə bilər. Ona görə hava proqnozuna baxaraq düzgün geyimseçilməlidir.

Qeyd etdiyimiz bütün bu tədbirlər qeyri-spesifik olub bütün növkəskin respirator virus infeksiyaları üçün keçərlidir”.

T.Eyvazov bildirib ki, bu viruslar arasında daha ağır, fəsadlıgedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusununspesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddançıxarmaq olmaz:

“Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir,yəni infeksiyanın asimptomatik variantını keçirir, ya daxəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısamüddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görəhazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş vəkifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinləpeyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeriərazisində xidmət göstərən ambulator-poliklinik tibbmüəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsizolaraq peyvənd olunurlar.

Bu sadə qaydalara əməl etməklə tətil və bayram günlərində həmözümüzü, həm də yaxınlarımızı qoruya bilərik. Bu işdə hər birimizinməsuliyyətli olması, ümumilikdə yoluxma hallarının azalmasına,səbəb olacaq”.

Seçilən
34
2
az.trend.az

10Mənbələr