Güclü ZƏLZƏLƏ: BU ÖLKƏDƏ...
Ajans.az Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, Tayvanın cənubunda 5,8 bal gücündə zəlzələ baş verib. Episentr Kaohsiung liman şəhərindən 90 km şimal-şərqdə yerləşib, ocağın dərinliyi isə 12 km təşkil edib. Hadisə nəticəsində tələfat və dağıntı qeydə alınmayıb.