ain.az, Axar.az saytına istinadən bildirir.
Dekabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan-Çin strateji tərəfdaşlığının çoxillik inkişaf yolunu əhatə edən “Azərbaycan-Çin. Prezident Salnaməsi (2003-2025-ci illər)” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.
Axar.az xəbər verir ki, bu barədə ADU-dan məlumat verilib.
Təqdimat mərasimini Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla açaraq kitabın elmi, siyasi və tarixi əhəmiyyətindən bəhs edib. Daha sonra Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey çıxış edib.
Təqdimatda dəvət olunmuş qonaqlar da kitab haqqında öz fikirlərini səsləndirib, nəşrin elmi və praktik dəyəri yüksək qiymətləndirilib.
Tədbirin sonunda tələbələr Prezident İlham Əliyevin Çin haqqında fikirlərini Azərbaycan və Çin dillərində səsləndiriblər.
Qeyd edək ki, ADU-da “Azərbaycan-Çin. Prezident Salnaməsi (2003-2025-ci illər)” kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-2025-ci illər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı sahəsində çıxışlar, nitqlər, müsahibələr, məktublar və məruzələr əks olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.