Braziliyanın "Santos" klubunun hücumçusu Neymar cərrahi müdaxilədən keçib.
Milli.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. Bildirilib ki, 33 yaşlı futbolçu noyabr ayının sonlarında "Mirasol"la 1:1 hesabı ilə başa çatan oyunda dizindən xəsarət alıb.
Açıqlamada qeyd olunub ki, Neymarın dizində artroskopik menisk əməliyyatı həyata keçirilib. Əməliyyat uğurla başa çatıb və hazırda futbolçunun vəziyyəti stabildir. Onun bazar ertəsi xəstəxanadan buraxılacağı və fizioterapevtin nəzarəti altında bərpa prosesinə start verəcəyi gözlənilir.
Xatırladaq ki, Neymar 2025-ci il mövsümündə "Santos"un heyətində 27 oyunda meydana çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Komanda isə mövsümü turnir cədvəlinin 12-ci pilləsində tamamlayıb.
Hüseyn
Milli.Az