AZ

50 milyonluq xalqın QALİB LİDERİ

“Azərbaycan dövlətçiliyinin inkişafında müstəsna rol alan, 50 milyonluq xalqın lideri olan möhtərəm cənab Prezident İlham Əliyevi doğum gününü təbrik edirəm”. 

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısıdır:

“Cənab İlham Əliyev ölkəmizi sabitlikdən inkişafa, inkişafdan isə qüdrətli dövlət mərhələsinə yüksəldib. Artıq ölkəmiz dünyanın ən güclü, sayılıb-seçilən ölkələrindən birinə çevrilib. Bu, Prezidentin xarici siyasətinin uğurudur. Hər birimizin qürur mənbəyi olan Azərbaycanımız bu gün sürətlə inkişaf edir.  Azərbaycan hərtərəfli siyasət, uğurlu gələcək, cənab Prezidentin rəhbərliyi altında dünyanın diqqətini özünə cəlb edən ölkə imicini qazanıb”. 

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur: 

“Sosial rifahın yüksəlməsi, ordu quruculuğu, iqtisadi müstəqillik, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat layihələri ölkəmizin strateji maraqlarına xidmət edir. Prezident İlham Əliyevin qətiyyətli və prinspial siyasəti, şanlı ordumuzun gücü, xalqın birliyi nəticəsində 2020-ci ildə Vətən müharibəsində şanlı qələbə qazandıq. 2023-cü ildə 23 saatlıq antiterror tədbirlərilə isə dövlət suverenliyimizi tam bərpa etdik”. 

Vüqar İskəndərov vurğulayıb ki, bütün bu qələbələrin memarı möhtərəm Prezidentdir”: 

“Hazırda Azərbaycan qlobal çağırışlara hazır, güclü dövlətçilik sistemi olan xalq-hakimiyyət tandemini özündə ehtiva edən ölkə kimi uğurla inkişaf etməkdədir. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan Respublikası uğurla və qətiyyətlə gələcəyə doğru gedir. Bu yolda cənab Prezidentə can sağlığı, uğurlar və xalqımıza rifah arzu edirik”. 

Seçilən
29
cebheinfo.az

1Mənbələr