AZ

Uşaqlar arasında yeni virus yayılıb? - AÇIQLAMA

"Hazırda dövriyyədə “yeni virus”un yayılması ilə bağlı hər hansı rəsmi təsdiq mövcud deyil. Müşahidə olunan yoluxma halları əsasən mövsümi qrip influenza virusu ilə əlaqələndirilir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qurumun “Instaqram” hesabında keçirilən canlı yayım zamanı qeyd etdi.

İnfeksionist bildirdi ki, qrip virusu il boyu rast gəlinsə də, onun əsas pik dövrü dekabr-yanvar aylarına təsadüf edir. Fevral ayından sonra isə, mart ayına doğru qriplə xəstələnmə hallarında azalma müşahidə olunur:

"Qrip digər respirator virus infeksiyaları ilə müqayisədə daha ağır və daha ifadəli keçir. Xəstəlik adətən qəfil başlayır, yüksək intoksikasiya əlamətləri ilə müşayiət olunur, uzunmüddətli öskürəyə səbəb olur və bəzi hallarda ciddi fəsadlar yarada bilir. Xüsusilə immun sistemi zəif olan şəxslər və uşaqlar risk qrupuna daxildir. Uşaqlar arasında dekabr-yanvar aylarında yoluxma hallarının artması və xəstəliyin daha ağır keçməsi cəmiyyətdə “yeni virus”la bağlı təsəvvürün yaranmasına səbəb olur. Lakin epidemioloji nəzarət nəticələri göstərir ki, müşahidə olunan hallar mövsümi qripin aktivləşməsi ilə bağlıdır".

Nuriyyə NATİQQIZI

Seçilən
15
redaktor.az

1Mənbələr