“Turan Tovuz” mövsümün sonunda müqaviləsi başa çatacaq bəzi oyunçularla yollarını ayıracaq.
Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisi Roderik Millerə yeni müqavilə təklif etməyəcək.
33 yaşlı futbolçu yeni mövsümə fərqli komandada başlayacaq. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Roderik 2023-cü ildən “Turan Tovuz”da oynayır.
Panama millisinin üzvü “San-Fransisko”(Panama), “Merida”(Meksika), “Atletiko Nasional”(Kolumbiya), “Feyrense”(Portuqaliya), “Okjetpes”(Qazaxıstan), “Karlos Steyn”(Peru), “Əl-Quva”, “Əl-Mina”(hər ikisi İraq) komandalarında çıxış etmişdi
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta