AZ

Azərbaycan benzinin Ermənistandakı ikinci alıcısı ODUR

Azərbaycandan Ermənistana benzin idxal edən ikinci şirkətin adı bəllidir. 

Hüquqi şəxslərin dövlət reyestrinə əsasən, "Şişa Mir" MMC-nin səhmləri 100% Samvel Vahaqni Mkrtçyana məxsusdur.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Armenian News" saytı məlumat yayıb. Məlumata görə, 24 yaşlı Samvel Mkrtçyan iş adamı Samvel Aleksanyanın həyat yoldaşı Şoqerina Mkrtçyanın qardaşı Vahaqni Mkrtçyanın oğludur.

Şirkət 2022-ci ilin dekabr ayında təsis edilib.Xatırladaq ki, dekabrın 18-də SOCAR tərəfindən istehsal edilmiş 1220 ton Aİ-95 markalı 22 vaqon benzin Gürcüstan ərazisi vasitəsilə Ermənistana yola salınıb. Bakıdakı Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunmuş 1 220 ton Aİ-95 markalı benzin ixrac edilib. Yük həcmi 22 dəmir yolu sisterninə bərabərdir.

Neft məhsulunun ilk alıcısı Ermənistanın “Mega Trade” şirkəti olub. Ermənistan mediasının məlumatına görə, Azərbaycandan gətirilən benzin ölkə daxilində “Ran Oil” yanacaqdoldurma məntəqələri şəbəkəsi vasitəsilə satışa çıxarılır.

Seçilən
56
cebheinfo.az

1Mənbələr