AZ

Kenan Yıldız Yuventus dan ayrılır? Maaşının artırılmasını tələb edən türkiyəli futbolçuya Londondan 2 təklif var

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yuventus"un türkiyəli hücumçusu Kenan Yıldız İngiltərə Premyer Liqasına keçməyə yaxındır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "TEAMtalk" yayıb. 

Mənbənin məlumatına görə, "Tottenhem" və "Çelsi" klubları 20 yaşlı hücumçu ilə ciddi maraqlanır. 

Yıldız "Yuventus"la yeni müqaviləsində maaşının əhəmiyyətli dərəcədə artırılmasını istəyir. Tərəflər razılığa gələ bilməsələr, türkiyəli oyunçu yanvar ayında komandadan ayrıla bilər.  Transfer haqqının təxminən 90 milyon avro olacağı bildirilir. 

Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 22 oyunda meydana çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
fanat.az

2Mənbələr