AZ

Ərdoğan Liviya Baş naziri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybə ilə telefon danışığı aparıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Ərdoğan telefon danışığı zamanı Liviya Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Haddad və onunla birlikdə həlak olanların yaxınlarına dərin kədər hissi ilə başsağlığı diləklərini çatdırıb.

Qeyd edək ki, dekabrın 23-də Ankaranin Esenboğa hava limanından havaya qalxan Liviya Baş Qərargah rəisinin təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində ümumilikdə 8 nəfər həlak olub. Ölənlər arasında Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi General Məhəmməd Əli Əl-Haddad və Ordunun Baş Qərargah rəisi general-leytenant Fituri Qəribil də var. Liviya hökuməti 3 günlük milli matəm elan edib.

Seçilən
23
2
operativmm.az

3Mənbələr