AZ

QHT sədri: “2026-cı ildə ekoloji layihələri davam etdirməyi planlaşdırırıq”

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov QHT.az-a açıqlamasında bildirib ki, 2026-cı ildə təşkilat ekoloji sahədə fəaliyyətini davam etdirməyi planlaşdırır. Bununla bağlı ideyalar və təqdim olunmuş layihələr mövcuddur və həyata keçirilməsi gözlənilir.

Onun sözlərinə görə, 2025-ci ildə qlobal iqlim dəyişiklikləri davam edib, temperatur artımı müşahidə olunub və yanacaq istehlakının artması bu prosesləri sürətləndirib:

"Azərbaycanda su ilə bağlı problemlər bir qədər artıb və artıq suya qənaət sisteminə keçid zəruridir. Düşünürəm ki, bu istiqamətdə gələcəkdə daha ciddi addımlar atılmalıdır. Dövlət tərəfindən müəyyən prioritetlər müəyyənləşdirilib və layihələr həyata keçirilir. Kənd təsərrüfatının və ümumilikdə həyatımızın su ilə sıx bağlı olduğunu nəzərə alaraq, bu sahədə mühüm tədbirlər görülür. Xüsusilə Hacıqabul gölü ilə bağlı ölkə Prezidentinin 2024-cü ildə verdiyi tapşırıqa əsasən Şirvan kanalı yenidən çəkilir və həmin kanalın sonda Hacıqabul gölünə tökülməsi ilə gölün bərpa olunması gözlənilir".

QHT sədri həmçinin bildirib ki, eyni zamanda bərpa olunan enerji sahəsində də xeyli iş görülür:

"2024-cü ildə Qobustanda 2230 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib və bu istiqamətdə layihələr davam edir. Bu ilin sonunda və ya gələn ilin əvvəllərində Xızı və Abşeron ərazilərində də günəş enerjisi layihələrinin icrası bərpa olunan enerji sektoruna ciddi töhfə verəcək".

 

Pərvanə Fərhadqızı

Seçilən
13
qht.az

1Mənbələr