AZ

ABŞ ın Texas ştatında App Store la bağlı qanunun icrası müvəqqəti dayandırıldı

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın Texas ştatında federal hakim "Apple" və digər tətbiq mağazalarını hesab yaradılarkən istifadəçilərin yaşını yoxlamağa məcbur edən qanunun tətbiqini müvəqqəti olaraq dayandırıb. Söhbət 2026-cı il yanvarın 1-dən qüvvəyə minməli olan və Texas "App Store Accountability Act" adı ilə tanınan SB2420 qanunundan gedir.

Bizimyol.info xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.

Qanuna əsasən, 18 yaşdan aşağı istifadəçilər “Family Sharing” (Ailə Paylaşımı) qrupuna qoşulmalı, valideynlər üçün isə əlavə nəzarət alətləri tətbiq olunmalı idi. Lakin hakim Robert Pitman ilkin qadağa qərarı çıxararaq bildirib ki, bu qanun ABŞ Konstitusiyasının söz azadlığını təmin edən Birinci düzəlişini pozma ehtimalı daşıyır.

Məhkəməyə iddia "Apple" və "Google"un da üzv olduğu Kompüter və Kommunikasiya Sənayeləri Assosiasiyası (CCIA) tərəfindən qaldırılıb. "Apple" daha əvvəl bəyan etmişdi ki, bu qanun istifadəçilərin məxfiliyini təhlükə altına salır, çünki hava proqnozu və ya idman nəticələrini göstərən sadə tətbiqləri yükləmək üçün belə şəxsi məlumatların toplanmasını tələb edir.

İndi məhkəmə qanunun tam şəkildə konstitusiyaya zidd olub-olmamasını araşdıracaq. Əgər belə qərar verilsə, SB2420 tamamilə qüvvədən düşəcək.

Qanunun əsas əleyhdarı məhz "Apple" şirkəti olub. Məsələn, bu yaxınlarda "Apple"ın baş icraçı direktoru Tim Kuk Vaşinqtonda ABŞ Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsinin üzvləri ilə şəxsən görüşərək yeni normanın zəruriliyini mübahisələndirib.

Qeyd edək ki, bundan əvvəl Cənubi Koreyada yeni smartfon alarkən üz skanının məcburi olması ilə bağlı qayda tətbiq edilmişdi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr