AZ

Peskov: Putin–Əliyev telefon danışığı isti və zəruri olub

Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında bu gün baş tutan telefon danışığı çox isti və zəruri olub. 

Olaylar.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskovun sözlərinə görə, tərəflər arasında təmas Rusiya-Azərbaycan münasibətlərinin mövcud yüksək səviyyəsini bir daha təsdiqləyib və dialoq konstruktiv məcrada keçib.

Kremlin mətbuat katibi eyni zamanda bir sıra digər mövzulara da toxunub. Onun sözlərinə görə, Rusiyanın Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı əsas mövqeləri ABŞ üçün yaxşı məlumdur. Moskva yaxın vaxtlarda mövcud kanallar vasitəsilə Vaşinqtonla təmasları davam etdirəcək.

Peskov qeyd edib ki, Kreml Kirill Dmitriyevin ABŞ-dan gətirdiyi məlumatları şərh etməyəcək, çünki nizamlanma məsələsində media üzərindən ünsiyyət məqsədəuyğun hesab edilmir. Rusiya tərəfi öz mövqeyini məhz Dmitriyevdən alınan məlumatlar əsasında formalaşdıracaq.

Bundan başqa, Peskov Polşanın G20-də daimi üzv olmaq istəyi ilə bağlı sualı da şərh edib. Onun sözlərinə görə, "polyaklar hər şeyi siyasətə çevirməyə və təhrif etməyə meyllidirlər". Kreml ümid edir ki, Varşava G20-nin siyasi deyil, iqtisadi birlik olduğunu unutmur.

Peskov həmçinin bildirib ki, Rusiya və Fransa liderləri arasında dialoqun bərpası ilə bağlı hər hansı təklif daxil olarsa, Kreml bu barədə ictimaiyyəti məlumatlandıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
1
olaylar.az

2Mənbələr