AZ

Eyyubov qardaşlarının dəbdəbəli biznesi FOTO

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Dünən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan və barəsində məhkəmə tərəfində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş Ruslan Eyyubov Azərbayanda və xarici ölkələrdə çoxlu sayda daşınmaz əmlaka və biznes obyektlərinə sahibdir.

“AzPolitika” xatırladır ki, o, Prezidentin şəxsi mühafizə xidmətinin keçmiş rəhbəri olmuş Bəylər Əyyubovun qardaşı oğludur və uzun illər ərzində böyük sərvət toplaya bilib.

Ruslan Eyyubovun Bakıdakı çoxsaylı obyektlərindən biri də şəhərin mərkəzində - Nəsimi rayonu, Səməd Vurğun küçəsi 43 ünvanında yerləşən 20 mərtəbəli dəbdəbəli “World Business Center”dir. Təxminən 15 il əvvəl istifadəyə verilmiş biznes mərkəzində dupleks ofislər, kafe və restoranlar və s. obyeklət icarəyə verilir.

Mənbələr bildirir ki, Ruslan Eyyubovun adıçıəkilən mərkəzdə dəbdədəbli ofisi olub, habelə onun qardaşı, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov da tez-tez “World Business Center”ə baş çəkib. Onun da bu biznesdə payı olduğu qeyd olunur. Qeyd edək ki, siqaret qaçaqmalçılığına qarşı keçirilən əməliyyat çərçivəsində Həsən Eyyubov da vəzifəsindən azad edilib, onun ölkəni tərk etməsinə qadağa qoyulub.

Rasim

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azpolitika.info

2Mənbələr