Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Büzüşmüş paltar ən uğurlu obrazı belə korlaya bilər, lakin çox vaxt nə vaxt, nə də əl altında ütü olur. Bununla belə, klassik ütüləmədən istifadə etmədən qırışıqları tez bir zamanda aradan qaldırmağa imkan verən sadə məişət üsulları mövcuddur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ən sadə üsullardan biri paltar qurudan (suşilka) istifadə etməkdir. Büzüşmüş geyimi azca nəm dəsmal ilə birlikdə quruducuya qoyub 5–10 dəqiqə yüksək rejimdə işlətmək kifayətdir. Daxildə yaranan buxar, xüsusilə pambıq və qarışıq parçalarda qırışıqları açır. Eyni təsiri quruducu üçün salfetlər, yun toplar, eləcə də adi buz kubları da yaradır. Buzlar əridikcə parçanı buxarlandırır.
Əgər quruducu yoxdursa, fen köməyə gələ bilər. Paltarı asqıdan asmaq, problemli yerləri bir qədər nəmləndirmək və təhlükəsiz məsafədən isti hava ilə işləmək tövsiyə olunur. Oxşar effekti hamam otağındakı isti buxar da yaradır. İsti su axdığı müddətdə geyimi duş kabinəsində saxlamaq kifayətdir və təxminən 10 dəqiqəyə qırışıqlar xeyli azalır.
Yaxalıq, manjet və ya düymələr arasındakı sahələr kimi lokal hissələr üçün saç düzləşdirən ütüdən də istifadə etmək olar. Bunun üçün lövhələrin təmiz olmasına və xüsusilə həssas parçalar üçün uyğun temperatur seçilməsinə diqqət yetirilməlidir.
Daha bir sürətli variant qırışıqlara qarşı xüsusi spreylərdir. Onlar parçanın üzərinə püskürdülür və sonra paltarı sadəcə silkələmək kifayət edir. Hazır vasitə olmadıqda isə ev şəraitində alternativ hazırlamaq mümkündür, suya az miqdarda yumşaldıcı və ya sirkə əlavə etməklə bunu həll edə bilərsiniz.
Vaxt kifayət edirsə, paltarı səliqə ilə qatlayıb döşəyin altına qoymaq da olar. Təzyiq altında parça tədricən hamarlaşır, xüsusilə də gecə boyu saxlanıldıqda.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.